MALİYYƏ

Uçot dərəcəsi artdı, amma Lirə çökməkdə davam edir. Niyə?

Bugün Türk Lirəsi artıq 1 Dollar/25,2416 TL təşkil edir. Dünən Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini qaldırmasından sonra TL-nin bahalaşacağı gözlənilsə də digər iqtisadi faktorlar Lirənin ucuzlaşmasına yol açır.  ENA.az xəbər verir ki, Türkiyədə uçot dərəcəsi qaldırılmazdan əvvəl 1 dollar 23 TL idisə, artıq 25-i keçib.  

Lirənin ucuzlaşmasının başlıca səbəbi isə hazırda idxalın rekord həddə, xarici ticarət kəsirinin isə yenidən iki rəqəmli rəqəmlərdə olmasıdır. 
Türkiyə Statistika Təşkilatının (TÜİK) may ayı üçün açıqladığı xarici ticarət məlumatlarına görə, xarici ticarət kəsiri may ayında iki aydan sonra yenidən ikirəqəmli rəqəmə yüksəlib. May ayında idxal tərəfində də rekord göstərici qeydə alınıb. 

Türkiyə iqtisadiyyatı may ayında 12,5 milyard dollarlıq xarici ticarət kəsiri ilə üzləşib. Belə ki, mart və aprel aylarında birrəqəmli xarici ticarət kəsirindən sonra yenidən ikirəqəmli səviyyələr müşahidə olunub.

Yanvar ayında xarici ticarət kəsiri 14,3 milyard dollarla rekord qırmışdı. Ticarət Nazirliyinin may ayı üzrə məlumatları 12,7 milyard dollarlıq xarici ticarət kəsirinə işarə ediir.

İdxalda rekord
TÜİK-in məlumatlarına görə, 2023-cü ilin may ayında ixrac əvvəlki ilin eyni ayına görə yüzdə 14,4 artaraq 21 milyard 659 milyon dollara, idxal isə yüzdə 15,5 artaraq 34 milyard 186 milyon dollara çatıb.

Beləliklə, aylıq olaraq idxalda rekord qırılıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)