Norveçdə şirkətlərin idarə heyətinə məcburi "qadın kvotası" qoyulacaq
Norveçdə hökumət iri və orta şirkətlərin idarə heyəti üzvlərinin ən azı 40 faizinin qadın olmasını tələb edən qanun layihəsi təqdim edib.
Bloomberg-in xəbərinə görə, Norveçin ticarət və sənaye naziri Yan Kristian Vestre mətbuat konfransında qanun layihəsinin məzmununu açıqlayıb.
"Norveç dünyada bu istiqamətdə addım atan ilk ölkə oldu", - deyə Vestre bildirib.
Qanun layihəsi təsdiqlənərsə, ölkənin 20 min iri və orta şirkəti 2028-ci ilə qədər idarə heyəti üzvlərinin ən azı 40 faizini yenidən təşkil edərək, qadınlara yer verməlidirlər.