Bank

Deutsche Bank: Türkiyə Mərkəzi Bankı ilk iclasda faiz dərəcələrində sürətli artım edə bilər

Deutsche Bank Türkiyə iqtisadiyyatı ilə bağlı hesabatında yeni kabinet və kritik qurumlardakı təyinatlardan sonra daha mülayim və ortodoks pul siyasətinin geri qayıdacağı ilə bağlı proqnozunu paylaşıb.

ENA.az xəbər verir ki, qeyddə "TL-nin sürətlə ucuzlaşması ilk anda böyük faiz artımını tələb edir", deyə bəyan edilir. 
Mehmet Şimşəkin Xəzinə və Maliyyə Nazirliyinə təyin edildiyini xatırladan qurumun iqtisadçıları, "Şimşək ortodoks iqtisadi siyasətlərə açıqdır və onun təyinatı bazarlar tərəfindən müsbət qarşılandı. Bundan başqa, vəzifəyə təyin olunan Hafize Gaye Erkanın maliyyə sektorunda yaxşı iş təcrübəsi var, bu, daha ortodoks bir siyasətə dönüşə dair gözləntiləri artırdı" - deyilir.

İqtisadiyyatda inflyasiyanın ən böyük problem olaraq qalmağa davam edəcəyini qeyd edən iqtisadçılar, zəlzələnin tələb-təklif balanssızlığı, minimum əmək haqqı artımının təsiri kimi təsirlərlə, ilin sonunda əsas inflyasiyanın yüzdə 50-yə yaxınlaşacağına dair proqnozlarını bölüşdülər.

TCMB-nin son iclasda uçot faizini 8,5 faiz səviyyəsində dəyişməyərək saxladığını xatırladan iqtisadçılar, yeni idarəçilərin inflyasiya təzyiqləri, rekord aşağı real faiz dərəcələri kimi təsirlərə qarşı aqressiv pul siyasəti həyata keçirəcəklərini bildiriblər. 

"Aqressiv, lakin həddindən artıq deyil"
İndiki məqamda tam qiymət vermək çətindir, lakin TL-nin sürətlə ucuzlaşması ilk anda əsaslı faiz artımını tələb edir. Digər tərəfdən kreditlərin çökməsinə səbəb olmamaq üçün hökumət balansı saxlamalıdır. 

Uçot dərəcəsi ilk dəfə 25 faizə qədər artırıla bilər və ya iyun və iyul aylarında ardıcıl artımlar ola bilər. İkinci ssenaridə faiz dərəcəsi iyulda 18-20 faiz civarında, daha sonra isə 25 faizə yüksələ bilər. Bu artımın sonuncu olub-olmayacağı sual işarəsindən və TL və portfel axınlarının hərəkətindən asılı olacaq. Faizin 30 faizi keçəcəyini istisna etmirik”.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)