Neft bahalaşır - bugünə olan qiymət
Neft qiymətləri bazar ertəsi səhər OPEC+-ın həftəsonu keçirilən iclasının nəticələrinə görə bahalaşıb. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında saat 9:21-də Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 77,09 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,96 dollar çoxdur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul fyuçerslərinin qiyməti bu dəfə 0,96 dollar (1,34%) artaraq bir barelə görə 72,7 dollar təşkil edib.
Dow Jones Market Data-ya görə, Brent və WTI keçən həftəni müvafiq olaraq 1,1% və 1,3% ucuzlaşıb. Hər iki marka üç həftə ərzində ilk dəfə həftəlik eniş göstərdi.
OPEC+ ölkələri iyunun 4-də Vyanada keçirilən iclasda 2024-cü il üçün neft hasilatı kvotalarının səviyyəsini sutkada daha 1,4 milyon barel azaldaraq, gündəlik 40,46 milyon barrelə endirmək qərarına gəliblər. May ayından könüllü olaraq hasilatı sutkada 1,66 milyon barel azaldan ölkələr 2024-cü ilə qədər azaldacaqlar.