Nvidia süni intellekt prosessorlarına tələbatın rekord artımını proqnozlaşdırır
Amerikanın texnologiya şirkəti Nvidia aprelin 30-da başa çatan 2024-cü maliyyə ilinin birinci rübünün maliyyə göstəricilərini dərc edib və süni intellekt prosessorlarına tələbat sayəsində cari rübdə satışların kəskin artımının rekord həddə çatdıracağını proqnozlaşdırıb. Birinci rübün nəticələri analitiklərin gözləntilərini üstələyib. Şirkətin gəlirləri 19% artaraq 7,19 milyard dollara, səhm üzrə gəliri isə 22% artaraq 0,82 dollara çatıb. Xalis gəlir 26% artaraq 2,043 milyard dollara çatıb. Məlumat mərkəzi çip bölməsinin gəliri 14% artaraq 4,28 milyard dollar olub. Avtomobil çipləri bölməsinin gəliri 114% artaraq 296 milyon dollar təşkil edib.
Bununla belə, Nvidia-nın 2-ci rübdə 11 milyard dollar gəlir əldə etməyi gözlədiyini açıqlaması, süni intellekt prosessorlarına ciddi tələbat nəzərə alınmaqla bazarda ən çox marağa səbəb oldu. Nvidia-nın baş direktoru Jensen Huang, şirkətin H100 GPU çipləri də daxil olmaqla, bütün məlumat mərkəzi çipləri xəttinə "sürətlə artan tələbatı ödəmək üçün tədarükləri əhəmiyyətli dərəcədə artırdığını" söyləyib. Bu mikroprosessor bu il OpenAI-nin GPT-4 kimi multimodal böyük dil modellərində istifadə üçün buraxılıb.
Hesabat və proqnozun dərcindən sonra Nvidia səhmləri 29% bahalaşaraq şirkətin tarixində ən yüksək göstəricilərdən birinə - hər səhm üçün 394,5 dollara çatıb. Bu, Nvidia-nın bazar kapitallaşmasını 200 milyard dollar artaraq, bir anda rekord həddə - 960 milyard dollara çatıb.