Bank

“GünayBank”ın bağlanma səbəbləri ilə bağlı sorğumuza – MƏRKƏZİ BANKIN CAVABLARI

Azərbaycanda bağlanan bankların heç birində ictimaiyyətə açıqlanan hesabatla Mərkəzi Bankın açıqladığı səbəblər üst-üstə düşmür. Bu isə bankların düzgün hesabatlılığı ilə bağlı şübhələr yaradır.

ENA.az olaraq bu mövzuda suallarımızı Azərbaycan Mərkəzi Bankına ünvanladıq və aldığımız “cavabları” toxunmadan oxucularımıza təqdim edirik:

- Günaybank 2023-cü ilin 1-ci rübü üzrə rəsmi hesabatında məcmu kapitalını 66 milyon manat, adekvatlıq əmsalını 29 faiz göstərib. Bu o deməkdirmi ki, Bankın hesabatındakı rəqəmlər düzgün deyil...

- Mərkəzi Bankın press relizində qeyd olunduğu kimi lisenziyanın ləğv edilməsi səbəblərindən biri də bank tərəfindən cari fəaliyyətin etibarlı və prudensial qaydada həyata keçirilməməsi olmuşdur. 

(nə nəzərdə tutulduğu bilinmir-red)

 

-  İqtisadi normativlər üzrə Bankın bütün rəqəmləri "norma" daxilindədir. Bilmək istərdik ki, əgər yoxlamalar aparılıbsa, buna nə səbəb olub?

-  Mərkəzi Bankın press relizində qeyd olunduğu kimi lisenziyanın ləğv edilməsi səbəblərindən biri də bank tərəfindən cari fəaliyyətin etibarlı və prudensial qaydada həyata keçirilməməsi olmuşdur. 

Eləcə də bax: “Günay Bank” rəqəmləri yalandır? – HESABAT MƏRKƏZİ BANKLA UYĞUN GƏLMİR 

 

-  Bu o deməkdirmi ki, digər bankların da hesabatları şübhəlidir?

(Cavab yoxdur-red)

 

-  Bəzi ekspertlər bunu inhisarlaşma istiqamətində daha bir addım hesab edir. Buna münasibətinizi bilmək istərdik.

-  “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə müəyyən edilmişdir. Burada əsas istiqamətlərdən biri maliyyə sektorunun bütün seqmentlərinin iqtisadiyyatda rolunun artırılmasıdır. Bu məqsədlə bank sektorunun iqtisadiyyatın maliyyələşməsində iştirakının yüksəldilməsi, maliyyə inklüzivliyinin genişləndiriməsi, maliyyə xidmətlərinin əlçatanlığı, əhali və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, sosial ödənişlərdə banklararası rəqabətin gücləndirilməsi, pensiya və müavinətlərin alınması üzrə bank seçimində sərbəstliyin təmin edilməsi kimi bir sıra məsələlər strateji çərçivəyə daxil edilmişdir.

(Strategiyadan olan çıxarışdır-red)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department