Bank

“Günay Bank” rəqəmləri yalandır? – HESABAT MƏRKƏZİ BANKLA UYĞUN GƏLMİR 

Bugün Günay Bank bağlandı və beləliklə ölkəmizin bank sektorundakı oyunçuların sayı 25-dən 24-ə düşdü. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının “Günaybank”ın bağlanma səbəbləri barədə açıqlaması ciddi rezonans doğurub. Çünki Mərkəzi Bankın irəli sürdüyü arqumentlərlə Bankın açıqladığı rəsmi göstəricilər bir-birini təkzib edir. Belə çıxır ki, Günay Bank rəqəmləri bilərəkdən səhv açıqlayır və beləliklə hesabatları vasitəsilə sektoru və müştərilərini aldadır? 

66 milyon manatlıq məcmu kapital yalandır?

ENA.az xəbər verir ki, Bank birinci rübün nəticələrində 64 milyon 910 min manat nizamnamə kapitalı, 66 milyon 432 min manat məcmu kapital göstərib. Minimal tələb isə 50 milyon manatdır. 

“Günaybank”ın cəmi 1 milyon manat həcmində bölüşdürülməmiş zərəri var, digər bankların 300 milyon manatı ötdüyünü nəzərə alsaq, bu da ciddi bir “neqativ” deyil. Əsas məsələlərdən daha biri! – bankın məcmu kapitalının adekvatlıq əmsalı hesabatda 29,83%-dir!! Azərbaycan Mərkəzi Bankı isə bu rəqəmin minimum 10% tələbə qarşı cəmi 3% olduğunu bəyan edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department