Sosial iqtisadiyyat

Avtomobil almaq üçün xariclənən valyuta 79% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 29 min 855 ədəd avtomobili idxal edilib.

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dəyər ifadəsində 433 milyon 146,85 min dollar deməkdir. Yəni, dəyər qismində artım 47,4% təşkil edib. 

Müqayisə üçün deyək ki, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə idxal edilən avtomobillərin sayı 27,8% artıb.

Hesabat dövründə ölkəmizə gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – 382 milyon 169,04 min dollarlıq hissəsi 27 min 589 ədəd minik avtomobilə aiddir. Burada dəyər ifadəsində artım 78,6%, ədəd ifadəsində isə artım 27,8%-dir. Həmçinin 23 milyon 771,11 min dollar dəyərində 586 ədəd elektrokar və 88 milyon 14,56 min dollar dəyərində 4 474 ədəd hibrid avtomobil gətirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department