Komitənin ödənişlərinin cəmi 26%-i gömrük rüsumudur
Dövlət Gömrük Komitəsinin bu ilin yanvar-aprel aylarında büdcəyə ödədiyi 501 milyon 711.4 min manatın 349 milyon 830.0 min manatını ƏDV üzrə ödənişlər təşkil edir.
ENA.az xəbər verir ki, Komitənin bu müddətdə topladığı gömrük rüsumlarının həcmi cəmi 130 milyon 507.3 min manat olub. Bu isə ümumi ödənişlərin cəmi 26%-ni təşkil edir.
Digər ödənişlər də vergi rüsumlarına daxildir. Belə ki, aksizlər üzrə 18 milyon 309.0 min manat, yol vergisi üzrə 3 milyon 65.1 min manat toplanılıb.