Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya bazarlarında neft ucuzlaşmaqda davam edib
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 0.73% azalaraq, 1 barelə görə 73.63 dollar təşkil edib.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0.67% azalaraq 69.57 dollara bərabər olub.