Statistika Komitəsi: Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatı keçib
Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,4 % artaraq 901 manat olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Xatırladaq ki, yanvar-fevral aylarının yekununda ölkədə maaşların orta həddi 854 manat təşkil edib. Beləliklə, təkcə mart ayında orta aylıq əməkhaqqı 47 manat artıb.