Birja

Dünya birjalarında NEFT UCUZLAŞIB

Birjalarda “Brent” və WTI markalı neftin qiymətlərində ucuzlaşma qeydə alınıb.

ENA.az xəbər verir ki,  ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyul müqaviləsinin dəyəri 0,49% azalaraq, 1 barelə görə 74.61 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,40% azalaraq 70.59 dollara bərabər olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department