Yaxın vaxtlarda Bakının Baş planı təsdiqlənəcək
Bakı şəhərinin Baş planı üzrə işlər başa çatıb.
ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Eləcə də oxu: İcra başçısı: Bakıdakı 3 minə yaxın “Xruşşovka” bina ilə bağlı işlər aparılır
Onun sözlərinə görə, hazırda Baş planın layihəsi razılaşdırma mərhələsindədir.
"Razılaşdırma mərhələsi başa çatmaq üzrədir. Yaxın vaxtlarda Baş plan təsdiq üçün aidiyyəti qurumlara təqdim olunacaq", - Dövlət komitəsinin sədri vurğulayıb.