Sosial iqtisadiyyat

Natiq Əmirov: "Azərbaycanda iqtisadi sabitlik təmin edilib"

Hazırda Azərbaycan ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir.

ENA.az xəbər verir ki, bunu prezidentin köməkçisi Natiq Əmirov bugün Azərbaycan Mərkəzi Bankının ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr etdiyi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 20 ildə ölkədə ümumdaxili məhsulun nominal həcmi dəfələrlə artaraq, 2022-ci ildə 133,8 milyard manat təşkil edilib. Dünyada baş verən iqtisadi və siyasi çağırışlara baxmayaraq, ölkəmizdə iqtisadi sabitlik təmin edilmiş maliyyə bank sisteminin möhkəmləndirilməsinə nail olunub.

"Azərbaycanın inkişafı yolunda Heydər Əliyevin inkişaf modeli alternativsizdir Və qarşıdakı illərdə möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu inkişaf modeli ilə Azərbaycan daha da güclənəcək", -deyə N.Əmirov qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department