Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
"Azeri Light" markalı Azərbaycan nefti 5 dollara yaxın ucuzlaşıb.
Son məlumatlara görə, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,76 ABŞ dolları, yaxud 5,86 % azalaraq 79,04 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.