Sosial iqtisadiyyat

Bu il mayın 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına yeni qaydada icazə veriləcək

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi hallarda və qaydada tikintisi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmamış, 2023-cü il mayın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə verilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərdiyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xidmətlərə görə sifarişçi tərəfindən haqqı ödənilir. Haqqın məbləği və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)