MALİYYƏ

Direktor: 30 min şəxsə 80 milyon manat əmək haqqı ayrılıb

İctimai işlərin təşkili məqsədilə 30 min şəxsin əmək haqqının ödənilməsi üçün ayrılan vəsait 80 milyon manatdır. 

"BI" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST agentliyinin DOST İş Mərkəzinin direktoru Niyazi Rəhimov “İşsizin DOSTu” proqramının icrasının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, bu gün artıq 16 min nəfərlə müqavilə imzalanıb. "İctimai işlərə cəlb olunan işçiləri əmək haqqı fondu hər biri üçün 203 manatdır. Bu əmək haqqı fonduna sosial sığorta haqları, işsizlikdən sığortalanması, pensiya fonduna ödəmələri və eyni zamanda yarım gün işləməsi daxildir. 

Hal-hazırda müqavilə imzalanan şəxslərdən 3 minə yaxını Bakı şəhərini əhatə edir. Gələcəkdə proqramın tam əhatə olunacağı təqdirdə 5-6 min işçinin Bakı şəhərini, qalanı isə regionlara əhatə edəcəyini düşünürük".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)