Gündəm

Bizdə dərmanlar qonşu ölkələrlə müqayisədə 4 dəfə bahadır - Deputat

“Bizim ölkəmizdə dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə 3-4 dəfə bahadır. Amma bizdə həmin dərmanları tapmaq olmur”.

ENA.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Rəşad Mahmudov bildirib.

Parlamentari dərmanların qiymətinin baha olmasından gileylənib.

“Ölkədə vacib olan dərmanları tapmaq çətindir. Həmin dərmanları xəstəlik dövründə tapmamaq vəziyyəti daha da çətinləşdirir. Qonşu ölkələrlə müqayisədə dərmanların qiyməti qat-qat bahadır. Özəl şirkətlərdən də bu problemi soruşanda onlar deyirlər ki, siz bizim dərdimizi başa düşmürsünüz”, - deputat vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)