Avtomobil

İcbari Sığorta Bürosuna məxsus “LEXUS” 38 min manata satışa çıxarılır

İcbari Sığorta Bürosuna məxsus 1 ədəd avtomobil təkrar hərrac yolu ilə satışa çıxarılacaq.

ENA.az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə əmlakın satışı ilə bağlı təkrar hərrac açıq auksion qaydasında keçirilməklə  29 mart 2023-cü il tarixi, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:

S/N Model Marka Buraxılış ili Dövlət nömrə nişanı  

Rəng

 

Satış qiyməti (AZN-lə)

1 “LEXUS GS250” Sedan 2014 99 AK 806 38.250 (otuz səkkiz min iki yüz əlli)

 

Təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC” tərəfindən Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir. Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1.912,5 (bir min doqquz yüz on iki manat əlli qəpik) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.

Eyni zamanda qeyd olunur ki, 500 (beş yüz) manat məbləğində iştirak haqqı hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının  hesabına ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən  əldə etmək münkündür:

https://e-herrac.com/advertisement/neqliyyat/avtomobiller/tekrar-herracin-kecirilmesine-dair-661

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)