Baş həkim işdən çıxarıldı
![](https://ena.az/uploads/news/2023-03/_ena_7bafca7a6a5ca7cf50c12f12b_o.jpg)
Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev işdən çıxarılıb.
ENA.az-ın məlumatına görə, o, yaş həddinə görə tutduğu vəzifəsindən azad edilib.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, H.Abdullayev uzun illər həmin xəstəxanda çalışıb. O, bölgə üzrə tanınmış həkimlərdən biridir.