MALİYYƏ

"Dollar 1.97 manata qalxacaq" - S&P-DƏN YENİ PROQNOZ

Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ilin Aprel ayından etibarən 1 ABŞ dollarının məzənnəsini 1.70 manat səviyyəsində sabitləyib.

"BI"nin məlumatına görə, bu “Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamsında bildirilir. 

S&P, Azərbaycanın reytinqinə yenidən baxaraq ölkəmizə dair proqnozlar da varib. Yenilənmiş proqnoza görə, 2019-cu ilin sonunda Dollar/Manat məzənnəsi 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaqdır.

 “Standard & Poors” qeyd edib ki, əgər neftin qiyməti daha düşərsə Manat ucuzlaşdırılacaqdır. 

Agentliyin fikrincə Azərbaycan Mərkəzi Bankı bu ilin Dekabr ayından məzənnəni operativ tənzimləməyə başlayacaqdır.

“2017-ci ilin aprel ayından mübadilə məzənnəsi $1,97 манат/$1 səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək”, - agentlik qeyd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)