Sosial iqtisadiyyat

Dövlət büdcəsindən 226 milyon manat əsassız ödənişlər aşkar edib

Azərbaycan Maliyyə Nazirliyi 2022-ci ildə apardığı yoxlamalar zamanı dövlət büdcəsindən 225,71 milyon manat məbləğində əsassız və həddindən artıq hesablanmış xərclər aşkar edib.

Yanvarın 30-da Maliyyə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında bildirilib ki, 2022-ci ildə idarənin müvafiq strukturu tərəfindən 185 obyektdə yoxlamalar aparılıb.

“Ötən il ərzində 185 obyektdə həyata keçirilən maliyyə nəzarəti tədbirləri nəticəsində dövlət büdcəsindən 225,71 milyon manat məbləğində əsassız və artıq hesablanmış xərclər aşkar edilib. Bu vəsaitlərdən 35,1 milyon manatı yoxlamalar zamanı dövlət büdcəsinə qaytarılıb”, - deyə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Agentlik vurğulayır ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən maliyyə pozuntularına yol vermiş vəzifəli şəxslərə qarşı tədbirlər davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)