Toyota bu modelini dünyada ilk dəfə olaraq Türkiyədəki zavodunda istehsal edəcək
Toyota “zaryadka”ya qoyula bilən C-HR model hibrid avtomobili dünyada ilk dəfə olaraq Türkiyədəki zavodunda istehsal edəcək.
ENA.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, “Toyota C-HR” modeli Toyotanın yeni qlobal platforması TNGA2-də 5-ci nəsil hibrid texnologiyasına sahib olacaq.
İstehsal ediləcək yeni C-HR üçün 317 milyon avro sərmayə qoyulacaq. Beləliklə, Toyota-nın Türkiyədə ümumi investisiyası 2.3 milyard avroya çatacaq.
Qeyd edək ki, avtomobilin istehsal ediləcəyi zavod Türkiyənn Sakarya bölgəsində yerləşir.