Səhiyyə işçilərinin maaşı artırıldı
![](https://ena.az/uploads/news/2023-01/_ena_f986b12c34eb5ecd904c762ad_o.jpg)
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.
ENA.az xəbər verir ki. bu barədə TƏBİB-dən məlumat verilib.
Əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır.