Bank

Mərkəzi Bank: "Azərbaycanın valyuta ehtiyatları 12,3% artıb"

Azərbaycanın strateji valyuta ehtiyatları 11 ayda 12,3% artaraq 59,8 milyard dollara çatıb.

“11 ay ərzində ölkənin strateji valyuta ehtiyatları 12,3% və ya 6,5 ​​milyard dollar artaraq 59,8 milyard dollara çatıb”. Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında bu barədə xəbər verilir.

Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın ehtiyatları, Dövlət Neft Fondunun vəsaitləri və Maliyyə Nazirliyinin xəzinədarlıq fondları hesabına formalaşır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)