HI-TECH

“Telegram”da yeni funksiya

“Telegram” mesencerində şəxsi hesabların verifikasiyası funksiyası tətbiq edilib.

Profilin həqiqiliyinin rəsmi təsdiqini alan ilk istifadəçi platformanın təsisçisi və baş direktoru Pavel Durov olub.

Xüsusi çərçivədə yerləşən verifikasiya nişanı mesencerin simvoluna bənzəyir və adi “mavi nişan” kimi təsvir edilmir.

Hazırda “Telegram”da kanalın verifikasiyası mövcuddur, insanlar artıq nişan alırlar. 2025-ci ilin əvvəlində mesencer botların verifikasiyasını təqdim edib, onlar fərqli dizaynlı nişanlar alırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)