Bəzi tibb mərkəzləri TƏBİB-dən alınıb, yenidən Nazirliyə verilir-SİYAHI
Gələn il yanvar ayının 1-dən etibarən bir sıra tibb müəssisələr TƏBİB-in tabeliyindən çıxarılacaq.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB-Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.
O xatırladıb ki, TƏBİB-in tabeliyindən çıxarılacaq tibb müəssisələri aşağıdakılardır:
Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.