Sosial iqtisadiyyat

Bu sahələrdə maaş 4 min manata yaxındır

2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib.

Bu barədə ENA.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Əməkhaqqı neft-qaz sektorunda 3409,2 manat, qeyri neft-qaz sektorunda 778,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,7 manat, özəl müəssisələrdə isə 880,9 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)