Şahin Bağırov: "Qiymət artımı gömrüklə bağlı deyil"
Biz dərmanları kütləvi şəkildə ölkəyə buraxa bilmərik.
ENA.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, dərmanların qiymətinin artması gömrüklə bağlı deyil.
"İki-üç qutu "Aspirin" gətirənə biz nəsə demirik. Amma elə dərmanlar ölkəyə daxil edilir ki, onları mütləq yoxlamaq lazımdır. Hökumət tərəfindən də bizə konkret tələblər var ki, ölkəyə daxil olunan dərmanlar yoxlanılmalıdır. Qiymət məsələsində bizim fikirlərimiz üst-üstə düşmür. Azərbaycanda dərman qiymətlərinin artması gömrüklə bağlı deyil. Türkiyə və Azərbaycan arasında fərqi qeyd edirsiz, burada bildirək ki, Türkiyə özü dərman istehsal edir. Bundan başqa, Türkiyənin Avropa İttifaqı ilə gömrük müqaviləsi var”, - deyə Şahin Bağırov dərmanların baha olması ilə bağlı deputatların iradlarına münasibət bildirərkən deyib.