Sağlamlıq

Bu xəstəxanada həkimlərin orta aylıq maaşı 2026 manatdır

Kliniki Tibbi Mərkəzdə ən aşağı həkim maaşı 1200 manatdır.

ENA.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həkimlərin maaşları sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdəndir:

"Kliniki Tibbi Mərkəzdə 2019-cu ildə həkimlərin orta əmək haqqı 365 manat olub. Hazırda bu xəstəxanada orta aylıq əmək haqqı 2026 manat 53 qəpikdir. 2019-cu ildə tibb bacılarının maaşı 258 manat olub, hazırda isə 596 manat 94 qəpikdir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)