Bu avtomobillərin 10 gün ərzində dövlət qeydiyyatından keçirilməsi tələb olunur
Nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilməsi tələb olunur.
Bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur.
Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.