Elon Mask bloklanmış tviter hesabları üçün “amnistiya” elan edib
"Twitter" şirkətinin yeni sahibi, sahibkar İlon Mask cümə axşamı elan edib ki, bloklanmış hesablar gələn həftə tviterdə bərpa olunacaq.
ENA.az xəbər verir ki, bu barədə Mask sosial şəbəkə hesabında yazıb.
"Xalq öz sözünü dedi. Əfv gələn həftə başlayacaq", - o, çərşənbə günü səsverməsinə istinad edərək vurğulayıb.
İyirmi dörd saat davam edən sorğuda 3 milyondan çox istifadəçi iştirak edib, onların 72,4 %-i “qanunların pozulması və ya spam göndərilməsi ilə bağlı olmamaq şərti ilə” hesablarının bərpasının tərəfdarı olub.
"Xalqın səsi Allahın səsidir", - Mask latın dilində "Vox populi, vox Dei" ifadəsindən istifadə edərək fikirlərini yekunlaşdırıb.