Elm və Texnologiya

“WhatsApp” bəzi ölkələrdə yeni funksiyanı işə salıb

“WhatsApp” bəzi ölkələrdə yeni funksiyanı – “biznes-kataloq”u işə salıb. Məlumata görə, “biznes-kataloq”unda bir neçə bölmə olacaq: “Qida və içki”, “Alış-veriş”, “Səyahət və hotellər” və digərləri.

“Biznes-kataloq” funksiyası hələki yalnız Braziliya, Kolumbiya, İndoneziya, Meksika və Böyük Britaniyada işə düşüb, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkətə görə, 2020-ci ilin oktyabr ayına olan məlumata əsasən, dünya 175 milyondan çox insan gündəlik olaraq biznes hesablarına mesaj göndərmək üçün “WhatsApp”dan istifadə edir.

“Meta” şirkətinin baş direktoru Mark Zukerberqin sözlərinə görə, son məqsəd istifadəçilərin “WhatsApp” çatında şirkət tapmaq, ona mesaj göndərmək və məhsul almaq imkanı yaratmaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)