Sosial iqtisadiyyat

Azərbaycan xaricdən qarğıdalı alışını artırıb

2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 20 milyon 94 min ABŞ dolları dəyərində 58 min 307 ton qarğıdalı idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının dəyəri 2.2 dəfə, həcmi isə 2.9 dəfə artıb.

2021-ci ilin 10 ayında isə ölkəyə 9 milyon 122 min dollarlıq 19 907 ton qarğıdalı idxal edilib.

Belə ki, 2021-ci ilin on ayında bir ton qarğıdalının Azərbaycana idxalı orta hesabla 458.2 dollara başa gəlibsə, bu ilin eyni dövründə bu rəqəm 344.6 dollara enib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)