Bank

Depozit portfeli ən çox azalan Rabitəbankdır - 9 AYIN DİNAMİKASI  

Bugün əmanətlər üzrə faizləri ölkədəki inflyasiya “yediyindən” bankdakı pul sahiblərinin nəsə qazandığını demək olmur. Bununla belə evdə pulun dəyərdən düşməsini gözləməkdənsə, heç olmasa, bankda hansısa artım olması daha yaxşıdır. 

Azərbaycan banklarının bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı portfelin həcmi 31 milyard 371 milyon manat təşkil edir. İlin sonuna bu rəqəm 27 milyard 43 milyon manat olub. Beləliklə, ötən 9 ayda bankların depozit portfeli 13% artıb. Bu pozitiv rəqəmin fonunda qeyd etməliyik ki, banklarda müddətli depozitlər deyil, tələbli depozitlər portfeli böyüyüb. 

ENA.az-ın hazırladığı renkinq cədvəlinə baxsaq görərik ki, depozit portfelinin 24 milyard 683 milyon manatı və ya 78,6%-i TOP-5 bankdadır. 

Bu ilin doqquz ayında əmanət həcmində ən çox artım etmiş bankların 5-liyi belədir: Azər-Türk Bank (36%-əsasən yeni emissiya etdiyi kart hesabına tələbli əmanətləri artıb), Bank of Baku (25%), Bank Avrasiya (22%), Günay Bank (20%), Unibank (18%).

Əmanət portfelləri ən çox “əriyən” banklara isə 31% kiçilmə ilə Rabitəbank liderlik edir. Azərbaycan Sənaye Bankı və VTB Azərbaycanda da depozitlərin azalması tendensiyası davam edir. 

RENKİNQ cədvəli üzrə ümumilikdə vəziyyət belədir: 


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department