Türkiyədə PUA-larla bağlı "inqilabi dəyişiklik" EDİLDİ
Türkiyənin “Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş” şirkəti pilotsuz təyyarələrin müəyyən bölgələrdə GPS olmadan fəaliyyət göstərməsinə imkan verəcək avtonom qlobal yerləşdirmə naviqasiya sistemi hazırlayıb.
ENA.az xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb.
Bu texnologiya GPS sistemi sıradan çıxdıqda belə dronların fasiləsiz işləməsinə imkan verəcək dərəcədə vacibdir. Mütəxəssislər Türkiyə hərbi sənayesi sahəsindəki bu yeniliyi PUA-lar üçün "inqilabi dəyişiklik" hesab ediblər.