Azərbaycan əhalisinin gəlirləri artıb

2018-ci ildə Azərbaycan əhalisinin gəlirləri 2017-ci ilə nisbətən nominal ifadədə 9,2% artaraq 53 688,6 mln. manata çatıb.
“BI” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər illik müqayisədə 8,2% artaraq 5 467,4 manat və yaxud ayda orta hesabla 455,6 manat təşkil edib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 49 595,5 mln. manat vəsait qalıb.