Prezident Göyçaya yeni icra başçısı təyin etdi
![](https://ena.az/uploads/news/2022-10/_ena_189b5fd569efee2f24be596aa_o.jpg)
Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Göyçayın icra başçısı vəzifəsi 7 aydan çoxdur ki, boş idi. 2016-cı ildən rayonun icra başçısı olan Mehdi Səlimzadə bu il fevralın 28-də işdən azad edilmişdi.