Birja

Azərbaycan nefti bahalaşıb

"Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

ENA.az-ın məlumatına görə, dünya bazarında Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,1 ABŞ dolları və ya 1,23% artaraq, 90,17 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department