Sağlamlıq

"Yeni Klinika" bütün vətəndaşlara xidmət göstərəcək

"Yeni Klinika"da bir aydan sonra bütün vətəndaşlara tibbi xidmətlər göstəriləcək".

ENA.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

V.Qurbanov deyib ki, "Yeni Klinika" artıq təkcə koronavirus xəstələrinin müalicəsinə xidmət etməyəcək:

"Eyni zamanda, digər sahələr üzrə də xidmət göstərəcək. Artıq bununla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. "Yeni Klinika"da çox sayda əməliyyatxana və palatalar var. Bundan əlavə, yaxın zamanlarda Azərbaycanda mövcud olmayan və bu günədək həyata keçirilməyən bir sıra əməliyyatlar bu xəstəxanada icra olunacaq. Eyni zamanda qısa müddətdə robotik cərrahiyyə həyata keçiriləcək".

Qeyd edək ki, pandemiya dövründə fəaliyyətə başlayan "Yeni Klinika"da koronaviruslu xəstələrin müalicəsi aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)