Sağlamlıq

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanır

Milli Məclisin payız sessiyası müddətində “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, bu məsələ parlamentin Səhiyyə komitəsinin payız sessiyası üçün iş planında yer alıb.

Komitənin bugünkü iclasında müzakirəyə çıxarılan iş planında həmçinin koronavirusla (COVID-19) bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlərə dair, eləcə də icbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair və tibbi tullantıların idarə edilməsi ilə bağlı dinləmələrin təşkili yer alıb.

İş planı müzakirələrdən sonra komitə üzvləri tərəfindən qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department