Elm və Texnologiya

“WhatsApp”da yenilik

“WhatsApp” messencerində “Onlayn” statusunu gizlətməyə imkan verən yeniləmə buraxılıb. Hazırda funksiya yalnız Android platformasında işləyən smartfon sahibləri üçün əlçatandır. Vaxt keçdikcə bütün istifadəçilər proqramı gizli rejimdə işlədə biləcəklər.

ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd olunur ki, iOS istifadəçiləri, o cümlədən messencerin veb versiyası üçün belə bir funksiyanın mövcud olması barədə hələki məlumat yoxdur. Avqust ayında mütəxəssislərin qruplardakı iştirakçıların fotolarının əlavə edilməsi funksiyası üzərində işlədiyi məlum olub.

Bundan əlavə, istifadəçinin avtomatik silinmə rejimində göndərdiyi fotoların ekran görüntüsünü qadağan edən funksiya haqqında bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)