Çin karantin qadağalarını genişlədirdi, neft ucuzlaşır
Bir gün əvvəl bahalaşdıqdan sonra bugün neft ucuzlaşır. Bazara təzyiq Çində karantin məhdudiyyətlərinin genişləndirilməsi ilə bağlı xəbərlərdən qaynaqlanır və Çində enerji resurslarına tələbat perspektivləri ilə bağlı bazar qorxularını gücləndirir. Siçuan əyalətinin paytaxtı Çenqdu ilə yanaşı, Quizhou əyalətinin 6 milyon əhalisi olan Quiyang şəhərində də karantin tətbiq edilib.
Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri 95,05 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,69 dollar (0,72%) aşağıdır.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 88,64 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,77 dollar (2,04%) çoxdur.
Xəbər verdiyimiz kimi, bazar ertəsi OPEC+ ölkələrinin nazirləri oktyabrda neft hasilatı üzrə kvotanın sentyabr ayı ilə müqayisədə gündəlik 100 min barel azaldılması barədə qərar qəbul ediblər.