ABŞ İranın qarşısını almaq üçün dron şəbəkəsi quracaq
ABŞ Hərbi Dəniz Qüvvələri İsrail, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri ilə regionda İran hərbi qüvvələrinin qarşısını almaq üçün PUA şəbəkəsi yaratmaq üzərində işləyir.
Birləşmiş Ştatlar gözləyir ki, gələn yaya qədər 100-ə yaxın kəşfiyyat PUA-sı Süveyş kanalından İran sahillərinə qədər əraziyə nəzarət edəcək.
Təşəbbüslə bağlı bütün təfərrüat məxfiləşdirilib. ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən sınaqdan keçirilən dronların təfərrüatlı şəkillər və digər məlumatları göndərə bildiyi məlumdur.
Onlar alınan bütün məlumatları ABŞ-ın Bəhreyndəki komandanlıq mərkəzinə ötürəcək. Hələlik sınaqlarda heç bir silahı olmayan pilotsuz aparatlar iştirak edir. Ekspertlər ABŞ-ın gələcəkdə PUA-ları silahla təchiz etməyə başlayacağını gözləyirlər, lakin bu, “qızğın müzakirələrə səbəb ola bilər”.
Avqustun sonunda ABŞ Suriyadakı iranyönlü qrupların hədəflərinə hava zərbələri endirib. Prezident Co Bayden bu addımın ABŞ-ın “milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına uyğun” olduğunu deyib. Rusiya Müdafiə Nazirliyi Vaşinqtonun özünün terror qruplaşmalarının yaraqlılarının hazırlanmasında iştirak etdiyini iddia edib.
Bayden həmçinin bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün son çarə kimi gücdən istifadə edəcək.