MALİYYƏ

“Muğanbank” Azərbaycann Mərkəzi Bankından əlavə borc alıb

“Muğanbank” ASC-nin Azərbaycan Mərkəzi Bankı və Dövlət Fondları qarşısında öhdəlikləri artıb. Bankın maliyyə vəziyyətinə görə, 2022-ci ilin iyul ayının 1-nə bu rəqəm 193 milyon 858.68 min manat təşkil edirdi.

Halbuki, 2021-ci ilin sonuna bankın bu öhdəlikləri 188 milyon 043.84 min manat idi. Yəni ötən 6 ayda Muğanbank requlyator rolunda çıxın edən Azərbaycan Mərkəzi Bankından aldığı borc 5 milyon 815 min manat artıb.

Qeyd edək ki, bu borclanma Muğanbankın ümumi öhdəliklərində 32% paya malikdir. Bankın həmçinin 14 milyon 948.96 min manat həcmində subordinasiya borcu da mövcuddur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)