Sağlamlıq

Yoluxanların sayı yenidən artdı - SON MƏLUMAT

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 568 yeni yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ENA.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 812 816 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 799 479 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 532 nəfərdir.

Ölkədə son sutka ərzində 4 028, hazırkı dövrədək isə 7 151 214 test aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department