Gündəm

“Savadlı müəllimlərin maaşı daha yüksək olsun” - NAZİR

"Məqsədimiz odur ki, savadlı müəllimlərimizin əməkhaqqı daha çox olsun". 

ENA.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda 129 min müəllim var: "Əlavə olaraq, 11 minə qədər müəllim həm məktəb idarəçiliyində təmsil olunur, həm də dərs deyir. Həmin şəxslər də gələcəkdə sertifikasiyada iştirak edəcəklər və sertifikasiya nəticəsi ilə bağlı əlavələr həmin şəxslərə də tətbiq olunacaq. Ümumilikdə 140 minə yaxın pedaqoji fəaliyyətlə məşğul olan müəllimimiz var. 

Müəllimlərin işə qəbul imtahanının məqsədi müəllimləri işə götürməkdir. Sertifikasiya isə artıq işləyən müəllimlərin bir-birindən fərqləndirilməsi mahiyyəti daşıyır. Ona görə MİQ imtahanlarında yüksək bal toplayan müəllimlərin maaşlarının da yüksək olmasına çalışırıq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)