Sosial iqtisadiyyat

Azərbaycan xaricdən 323 ədəd yeni avtobus alıb – Qiyməti

2022-ci ilin yanvar-iyun aylarında ölkəyə 32 382 ədəd minik avtomobili, 2 306 ədəd yük avtomobili, 323 ədəd avtobus idxal olunmuşdur.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin 6 ayında Azərbaycana ümumilikdə 45 mln. 541 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9.3 dəfə çoxdur.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 323 ədəd avtobus (artım 5.4 dəfə) idxal olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)