AMB restrukturizasiya edilmiş kreditlərlə bağlı göstəriciləri açıqlayıb
Bu ilin I yarısında Azərbaycanda restrukturizasiya olunmuş kreditlərin ümumi məbləği təxminən 3,3 % və yaxud 32 milyon manat artaraq 990 milyon manata çatıb.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, artım əsasən istehlak portfeli (41 milyon manat) üzrə olub. İpoteka portfeli üzrə isə restrukturizasiya edilmiş kreditlərdə azalma (13 milyon manat) müşahidə edilsə də, biznes portfeli üzrə restrukturizasiya edilmiş kreditlərdə ciddi dəyişiklik baş verməyib. Yekunda restrukturizasiya olunmuş portfelin cəmi portfeldə payı 2025-ci ilin sonu ilə müqayisədə 0,1 faiz bəndi azalaraq 3,1 % təşkil edib.


















