Birja

Neft OPEC iclası öncəsi ucuzlaşır - QİYMƏT

Bazar ertəsi səhər neft kotirovkaları düşür, investorlar OPEC+-ın növbəti iclasını gözləyirlər.

Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:25-ə olan Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 102,93 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,04 dollar (1%) aşağıdır. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında sentyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 97,27 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,35 dollar (1,37%) azdır. 

Bazar OPEC+ nazirlərinin bu həftə çərşənbə günü keçiriləcək növbəti görüşünün nəticələrini gözləyir. ABŞ-ın hasilatı daha güclü şəkildə artırmaq çağırışlarına baxmayaraq, koalisiyanın sentyabrda neft hasilatının artım səviyyəsini təsdiq edəcəyi gözlənilir. Phillip Securities Research analitikləri, bununla belə, nazirlərin cüzi artımı müzakirə edə biləcəklərini ehtimal edirlər.

Bu arada, bazar gələcəkdə qlobal iqtisadi artım perspektivlərindən narahat olaraq qalır. FXTM-in analitiki Lukman Otunuqa, "İqtisadi yavaşlama ilə bağlı davam edən narahatlıqlar bazarında aşağı əhval-ruhiyyəni gücləndirməkdə davam edir", - deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)